“High Tech Polymer” MMC olaraq, 2022-ci ildən fəaliyyətə başlamışıq. Müəssisəmizin bütün istehsal xətləri və yardımçı avadanlıqları yüksək ekoloji və təhlükəsizlik normalarına cavab verən müasir Avropa və Dünyanın ən qabaqcıl avadanlıq istehsalı şirkətlərinə məxsusdur.
Bu da müxtəlif çeşiddə yüksək keyfiyyətli polimer məhsulları istehsal etməyə imkan yaradır. “High Tech Polymer” MMC “Made in Azerbaijan” brendi altinda istehsal etdiyi məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan bazarlarında yüksək keyfiyyəti ilə seçilir. High Tech Polymer MMC çoxşaxəli istehsal sahələrindən ibarətdir:
PE 100 təyziqli borular sahəsi:
“High Tech Polymer” MMC-nin PE sahəsi 4 istehsal xəttindən ibarətdir. Bu sahədə ən son Avropa və Dünya texnologiyalarına uyğun müasir avadanlıqlardan istifadə etməklə diametri 20 mm-dən 630 mm-dək, təzyiqi 5 atm-dən 32 atm-dək bütün növ polietilen borular istehsal edilir. PE sahəsində su və qaz borularının istehsalından başqa damlama suvarma borusu və damlama suvarma lenti istehsal olunur ki, bu da kənd təsərüfatı məhsullarının suvarılması üçün nəzərdə tutulub.
PPR sahəsi:
PPR sahəsi 3 istehsal xəttindən ibarətdir. Bu sahədə Avropa standartlarına cavab verən müasir texnologiyalara uyğun makinalarımız 20 mm-dən 75 mm-ə qədər ölçüdə kompozit və sadə borular istehsal edir. İstehsal edilən polipropilen borular 4 metrə və rulon şəklində qablaşdırılır.
Qofralı boru sahəsi:
Qofra sahəsi 2 istehsal xəttindən ibarətdir: Kiçik ölçüdə qofralı boru 100 mm-dən 250 mm-ə qədər, böyük ölçüdə isə 400-dən 600 mm -ə qədər istehsal edilir. Bu ikiqat qofralı boruların içi müştərilərin istəyinə uyğun olaraq sarı, qara və göy rənglərdə istehsal edilir.
PVC sahəsi:
PVC sahəsi 7 istehsal xəttindən ibarətdir. Bu sahədə müasir standartlara cavab verən avadanlıqlar mövcuddur ki, bunlardan 3-ü 50 mm-dən 100 mm-ə qədər ölçüdə pvc borular, 4-ü isə karniz, lambir və s. aksesuarlar istehsal edir.
Digər sahələr:
Bu sahədə ən müasir 6 ədəd injeksion avadanlıqları mövcuddur.İnjeksion avadanlıqlarında müxtəlif formalarda qəliblərə uyğun məhsullar istehsal edilir.Bu avadanlıqlarda plastik taralar, vannalar,fitinqlər və s kimi hazır məhsulların istehsalını görmək mümkündür. İstehsal sahəmizdə yer alan makinalardan biridə hava qabarcıqlı polietilen örtük istehsal edən makinadır ki, buda əşyaların asan qablaşdırılması, məhsulları çirklənmədən və zədələnmədən, sabit olmayan temperaturdan qorumaq üçün nəzərdə tutulmuşdur. Müştərilərin istəyinə uyğun olaraq istənilən rəngdə örtük istehsal olunur.